Bank hesabı müştəri ilə bank arasında müqavilə bağlanması yolu ilə rəsmiləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Bank hesablarının açılması, aparılması və bağlanması Qaydasında əksini tapıb.
Müqavilə kağız və ya elektron formada ola bilər və aydın şəkildə təqdim edilməlidir. Elektron müqavilə, müştəri tərəfindən tələb olunduqda, kağız daşıyıcıda təqdim edilə bilər. Bank hesabı nömrəsi, beynəlxalq IBAN (International Bank Account Number) strukturuna uyğun olaraq müəyyən edilir. Bu nömrə müştəriyə təqdim edilir və hesabın unikallığını təmin edir. IBAN sistemi, beynəlxalq ödənişlərdə istifadə olunan standartları əks etdirir.
Â