Millimizin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" klubunu tərk edib.
"Football-plus.az" xəbər ki, təcrübəli voleybolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, 6 il çıxış etdiyi "Vaşaş"la vidalaşdığını yazıb. Abduləzimova bir neçə gün əvvəl verdiyi açıqlamada bir neçə təklif aldığını bildirib.
Qeyd edək ki, “Vaşaş”ın kapitanı olan Ayşən 5 dəfə Macarıstan çempionu olub.