BAKI, 6 may. TELEQRAF
Cəmi bir gün ərzində ruslar ölkə Prezidenti Vladimir Putinin özü haqqında sənədli filmin çəkilişi zamanı jurnalistlərə təqdim etdiyi kefiri mağaza rəflərindən “süpürüblər”.
Teleqraf xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.
Məlumata görə, Rusiya liderinin iqamətgahında soyuducuda saxlanılan ağartı məhsulu Ryazan vilayətində “EcoVakino” şirkəti tərəfindən istehsal olunub.
Xəbərdə bildirilir: “Bu kefiri şənbə günü istənilən supermarketdən ala bilərdiniz. Amma bazar ertəsi günortadan sonra həmin məhsulu tapmaq mümkün deyil”.