Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Zirə - Turan Tovuz 1:0 (0:0)13. Aydın Bayramov - 6,032. Qismət Alıyev (k) - 4,514. Elçin Əlicanov - 5,529. Ceyhun Nuriyev - 6,0(7. Məqsəd İsayev, 72) - 5,04. Ruan Renato - 6,570. İssa Cibrila - 6,023. Rafael Utziq - 6,0(3. Ange Mutsinzi, 61) - 5,518. Junior Martins - 5,5(11. Rüstəm Əhmədzadə, 86) - qiymətsiz17. Ayron Qomis - 5,56. Eldar Quliyev - 5,5(15. Pyer Zebli, 72) - 5,019. Salifu Suma - 7,0(5. Stefan Aka, 86) - qiymətsizEhtiyat oyunçular97. Tyaqo Silva41. Anar Nəzirov53 Şahmar Aşurov48. Ramiz Muradov90. Davit Volkov10. Georgi Papunaşvili30. Rikardo MartinsBaş məşqçi: Rəşad SadıqovKomandanın ən yaxşısı: Salifu Suma41. Sergey Samok - 5,519. Orxan Əliyev - 5,0(21. Aleks Souza, 61) - 5,017. Rəhim Sadıxov - 5,088. Faiq Hacıyev - 5,011. Ayxan Hüseynov - 5,07. İsmayıl Zülfüqarlı - 5,5(77. Veysəl Rzayev, 69) - 5,09. Kristian da Silva - 5,515. Emmanuel Hakman (k) - 5,532. Hayderson Urtado - 5,040. Kauan Martins - 6,0(13. Fərid Yusifli, 74) - 5,029. Anton Kraçkovski - 5,5(6. Araş Qaderi, 74) - 5,0Ehtiyat oyunçular1. İvan Konovalov71. Mehman Hacıyev39. Sadiq Quliyev33. Eltun Turabov10. Xəyal Nəcəfov8. Tural Bayramlı30. Mircamal ƏlizadəBaş məşqçi: Kurban BerdıyevKomandanın ən yaxşısı: Kauan MartinsQol: S.Suma, 48 (İ.Cibrila).Vərəqələr: O.Əliyev, 29 (qeyri-idman hərəkəti). C.Nuriyev, 50 (qeyri-idman hərəkəti). R.Utziq, 52 (qeyri-idman hərəkəti). A.Hüseynov, 56 (qeyri-idman hərəkəti). F.Yusifli, 78 (qeyri-idman hərəkəti). P.Zebli, 84 (hakimin qərarına etiraz). H.Urtado, 90+3 (hakimin qərarına etiraz) - sarı. Q.Alıyev, 59 (ciddi qayda pozuntusu) - qırmızı.Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Akif Əmirəli, Əli Əliyev (hamısı Bakı).VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).Hakim-inspektor: Munis Abdullayev (Bakı).AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).2 may. Zirə. İdman Kompleksinin stadionu. 1200 tamaşaçı (1256 yerlik).Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.Oyunun qiyməti: 5,5.Həm premyer-liqa çərçivəsində keçirilən 300-cü matçda əlamətdar qələbə qazanmaq, həm də ikinci pillədəki yerini bir qədər də möhkəmlətmək... Meydan sahiblərinin məhz bu məqsədə çatması üçün "Turan Tovuz"u yenməkdən başqa çarəsi yox idi. Ancaq qonaqlar da meydana hədəfsiz çıxmamışdı. Avrokuboklara yollanmaq şansını artırmaq istəyən "bozqurd" rəqibini məğlub etməli, gözünü "Araz-Naxçıvan" - "Sabah" matçına dikib Muxtar Respublika təmsilçisinin uduzmasını arzulamalıydı. Kimin istəyinə çatacağına Rəvan Həmzəzadənin final fitindən sonra aydınlıq gələcəkdi. Hakimin start fitindən əvvəl bəlli olan yeganə məqam yetərincə gərgin matça şahidlik edəcəyimiz idi. Düzdü, ilk yarı bu yöndə gözləntiləri böyük ölçüdə qarşılaşamadı. Lakin buna görə meydan sahiblərini yox, tovuzluları qınamalıyıq. Çünki bölgə təmsilçisi "qartallar"ın ilk 45 dəqiqə ərzində qurduğu ardıcıl və tutarlı hücumların əksəriyyətini kobud müdaxiləylə dayandırmağa üstünlük verdi. Odu ki, "Zirə"nin qapıya zərbə ilə tamamlanan ilk cəhdi 27-ci dəqiqədə qeydə alındı. Rəhimin topu itirməsindən faydalanan Martins dərhal irəli atıldı və ön xətdə fürsət axtaran Sumanı gördü. İndi topu tora qovuşdurmaq qalırdı ki, sonuncu qeyri-dəqiqlik üzündən şansı boşa verdi. Meydan sahibləri növbəti belə imkanı 38-ci dəqiqədə qazandı. Bu dəfə Utziq fərqlənə bilərdi. Lakin Kauan cərimə meydançasındakı rəqibi qaydalar çərçivəsində olan müdaxiləylə dayandırdığından braziliyalı zərbə mövqeyinə yetişməyə belə macal tapmadı. Birinci hissədə sonuncu təhlükəli vəziyyəti də "Zirə" yaratdı. Belə ki, 45+1-ci dəqiqədə Kauan Qismətin yerinə yetirdiyi künc zərbəsi zamanı çarəni topu başla təhlükəli zonadan uzaqlaşdırmaqda gördü. Belədə "kürə" Ceyhunun önünə düşdü. O, gəlişinə endirdiyi zərbəylə fərqlənmək istəsə də, qeyri-dəqiq oldu....İkinci hissə üçün start fitini yenicə duymuşduq ki, "Zirə" azarkeşlərinin "qo-o-ol", - deyə qışqırmasına şahidlik etdik. Bəli, Suma bu dəfə də komandasını və tərəfdarlarını sevindirməyə nail oldu. Qvineyalı vinger bunu 48-ci dəqiqənin ilk saniyələrində Cibrilanın əks-cinahdan göndərdiyi topu "çərçivə"nin uzaq küncünə sancmaqla bacardı. İndi "Turan Tovuz"dan daha baxımlı, ən azı sərfəli nəticəyə hesablanan oyun gözləmək sadəlövhlük olmazdı. Hər halda, ölkəmizi avrokuboklarda təmsil etmək istəyən komanda bunu təkcə dildə yox, el dilində desək, əməldə də ortaya qoymalıdı. Lakin Kurban Berdıyevin komandasında həmin istəkdən əsər-əlamət görünmədi. Möhkəm dayanın: tovuzlular "Zirə"nin 59-cu dəqiqədə azlıqda qalmasından belə faydala bilmədi! Halbuki topa müdaxilə etmək niyyətində olan Qismət ayağını İsmayılın başına qədər qaldırandan sonra meydandan qovulmaqla qonaqların işini asanlaşdırmışdı. Həmin ana qədər xüsusilə hücumda çox vaxt keçirməyə çalışan "qartallar" indi müdafiə olunmağa üstünlük verdisə, "bozqurd" azlıqda qalan rəqibinin üzərinə "şığımağa" cəsarət etmədi. Odu ki, ikinci hissədə də "dişə çəkiləsi" epizodların şahidi olmadıq. Əsasən meydanın mərkəzində gedən oyun sonda "Zirə"ni sevindirdi. Daha doğrusu, meydandan qələbə ilə ayrılan "qartallar" gümüş medalları rəsmiləşdirdi! "Turan Tovuz"un taleyi isə çoxdan özündən asılı deyil. Komandanın avrokuboklara yollanıb-yollanmayacağına "Qarabağ" "qərar verəcək". Təbii ki, son turlarda hansısa möcüzə "bozqurd"u üçüncü pilləyə daşımasa... Ümumiyyətlə, son 10 oyunda yalnız iki qələbəsi olan “Turan Tovuz” aşkar böhran yaşayır.Gözdən qaçmadı* "Qartallar", "Ultras Turan", "The Hunans" fanklubları tribunada idi.* Rəhim 1-ci dəqiqədə elə mübarizə zamanı Sumayla əl görüşdü.* Gümüş medalları qazanan "Zirə" qələbəni azarkeşləriylə birgə qeyd etdi. Tərəfdarlar baş məşqçinin və futbolçuların şəninə şüarlar səsləndirdi.KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.