Futbol üzrə I Liqaya vəsiqə qazanan “Şimal”ı yeni mövsümdən etibarən Zaur Ramazanovun çalışdıracaq.
“Qafqazinfo” Sport1.az-a istinadən xəbər verir ki, mütəxəssisin köməkçilərindən biri bəlli olub.
Xaçmaz təmsilçisinin məşqçilər korpusunda Zülfiyyə Bayramova da yer alacaq. O, komandanın qapıçılar üzrə məşqçisi olacaq.
Xatırladaq ki, Zülfiyyə Bayramova AFFA-ın qapıçı məşqçi kurslarını bitirib. Xanım “əlcək sahib”i həm də “Baku Xuniyors”da futbolçu karyerasını da davam etdirir.