İspaniyanın "Rayo Valekano" klubunun bu günə planlaşdırılan məşqi baş tutmayıb.
QOL.az AS nəşrinə istinadən xəbər verir ki, buna səbəb klubun bazasında oğurluq hadisəsi baş verməsidir.
Səhər saatlarında məşq bazasına gələn futbolçular butslar, əlcəklər və digər avadanlıqların yerində olmadığını görüblər.
Qeyd edək ki, bu, "Rayo Valyekano"da ilk belə hadisə deyil. Futbolçular bununla bağlı klubun prezidenti Raul Martin Presə müraciət edərək, problemin həllində kömək istəyiblər.