EN

Almaniyada Rusiya əsilli NAZİR

Almaniya Sosial Demokrat Partiyasının (SPD) nümayəndəsi Natali Pavlik yeni hökumətdə miqrasiya, qaçqınlar və inteqrasiya naziri vəzifəsini tutacaq.

Modern.az xəbər verir ki, bu barədə SPD-nin saytında məlumat yerləşdirilib.

"O, uğurlu inteqrasiya nümunəsidir və 25 yaşından artıq federal hökumətin köçürmə və milli azlıqlar üzrə komissarı vəzifəsini tutub", - partiyadan bildirilib.

Qeyd edək ki, Pavlik Rusiyada Tümen vilayətində anadan olub və beş yaşında valideynləri ilə birlikdə Almaniyaya köçüb.

O, 15 yaşında siyasətə qarışmağa başlayıb, məktəb şuralarında xidmət edib və burada miqrant uşaqları üçün əlçatan təhsil üçün fəal mübarizə aparıb. 2021-ci ildə xanım Pavlik Bundestaq deputatı seçilib, bir il sonra isə hökumətin miqrantlar və milli azlıqlar üzrə komissarı vəzifəsinə təyin edilib.

Qeyd elan ki, yeni hökumət mayın 6-da işə başlayacaq. Hökumətə Fridrix Merz başçılıq edəcək.

Chosen
0
1
modern.az

2Sources