EN

AZPROMO: İlk rübdə Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 101 milyon dolları ötüb

Bakı, 5 may, AZƏRTAC

Azərbaycanla Belarus əməkdaşlığı sənaye sahəsində məhsuldar perspektivlər vəd edir. Hər iki ölkənin sənaye potensialı daha sıx əməkdaşlığa imkan verir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.

O bildirib ki, Azərbaycan ilə Belarus arasındakı ticarət əlaqələri çoxşaxəlidir və inkişaf tarixinə malikdir.

“Bu ilin ilk rübündə Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 101 milyon dolları ötüb. Azərbaycanın Belarusa ixracı 82 faiz artaraq 17 milyon dollara çatıb. Biz ümid edirik ki, ölkələrimiz arasında investisiya və ticarət sahələrində əməkdaşlıq genişlənəcək. Tərəflər ixracın artmasında maraqlıdır. Xüsusilə qeyd etməliyəm ki, Belarusda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Bu Ticarət Evi Azərbaycan istehsalı olan spirtli içkilərin, o cümlədən şərabların təşviqində fəal iştirak edir”, - deyə Yusif Abdullayev qeyd edib.

 

Chosen
0
3
azertag.az

4Sources