EN

Uşaqlarını görə bilməyən kişi qollarını kəsdi

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Gəncədə kişi  özünə kəsici alətlə xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib. Belə ki, Daşkəsən rayon sakini 1999-cu il təvəllüdlü N.Allahverdiyev hər iki qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, N.Allahverdiyev həyat yoldaşına əsəbiləşərək özünə kəsici alətlə xəsarət yetirib. Səbəb isə həyat yoldaşı N.Allahverdiyevin övladını ona göstərməməsi olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
icma.az

1Sources