EN

Azər Badamov buna görə Rusiyaya buraxılmayıb - SƏBƏB

Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiya Federasiyasına girişinə qadağa qoyulmasına onun guya dəfələrlə anti-Rusiya və rusofob açıqlamalar verməsinin səbəb olduğu açıqlanıb.


Manset.az APA-ya istinadən xəbər verir ki,  Azər Badamovun Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya daxil olmasına icazə verilmir.

Bunun əsas səbəbi Milli Məclisin deputatının guya dəfələrlə anti-Rusiya və rusofob bəyanatlar verməsidir.

Badamova qarşı görülən tədbirlərin “şəxsi xarakter daşıdığı” bildirilir, Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz niyyətinə təsir göstərmədiyi vurğulanır.

"Rusiya dost ölkələrlə münasibətlərdə "stop-list" praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, əvvəllər də bir sıra rusiyalı deputatlara qarşı Azərbaycana giriş qadağası qoyulub. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevlə bağlı olub.

Moskva hesab edir ki, bu cür məsələlərin media vasitəsilə iddialar səsləndirməklə deyil, diplomatik kanallarla həll edilməsi düzgündür”, - mənbə bildirib.

Eyni məzmunlu xəbəri eyni vaxtda RİA “Novosti” agentliyi də yayıb.

Göründüyü kimi, açıqlamalarda Azər Badamovun konkret hansı fikirlərindən söhbət getdiyi bəlli olmur. Onun Rusiya ərazisinə girişinə qadağa qoyulmasına heç bir aydınlıq gətirilmir, ümumi ifadələr işlədilir. Başqa bir məqam odur ki, Rusiya tərəfi məsələyə rəsmi münasibət bildirmir, açıqlamanı hansısa mənbənin adından mətbuatda yayır.

Chosen
0
9
manset.az

10Sources