EN

Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektorunu qəbul edib

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektoru, professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir Azərbaycanla Türkiyə arasında mövcud hərbi əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi hərbi təhsil sahəsində də inkişaf etdiyini vurğulayıb.

Professor E.Afyoncu elm və təhsil sahələrində əlaqələrimizin hər iki qardaş ölkə ordularının müasir milli kadr potensialının qüdrətlənməsinə müsbət təsirini diqqətə çatdırıb.

Daha sonra müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ölkələrimiz arasındakı hərbi təhsil sahəsindəki əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərək inkişaf etdirilməsi üzrə məsələlər barədə danışıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.

Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektorunu qəbul edib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
0
25
icma.az

10Sources