Azərbaycanla Polşa arasında tərəfdaşlığı daha da gücləndirmək üçün iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasları kimi effektiv vasitələrdən istifadə olunacaq.
APA xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Pavel Radomski 3 May - Polşanın Konstitusiya günü münasibətilə keçirilən tədbirdə deyib.
O, Azərbaycan və Cənubi Qafqaza inkişaf arzulayıb:
“Fürsətdən istifadə edərək Polşanın və Azərbaycanın gələcək dinamik inkişafı, habelə bütövlükdə Cənubi Qafqaz regionunun dinc, sabit və uğurlu inkişafı naminə arzularımı ifadə etmək istəyirəm. Ümidvaram ki, qarşıdakı aylar və illər Polşa ilə Azərbaycan arasında ölkələrimizin potensialına və imkanlarına uyğun olaraq səmərəli əməkdaşlıq dövrü olacaq”.