ABŞ Myanmada fəaliyyət göstərən üsyançı qrup olan Karen Milli Ordusunu sanksiyalar siyahısına əlavə edib.
Ucnoqta.az xəbər verir k, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat verilib.
İdarənin bəyanatına görə, Karen ştatında kiber fırıldaqçılıq, insan alveri və qaçaqmalçılıqla məşğul olan beynəlxalq cinayətkar qrup kimi sanksiya tətbiq edilib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi bu üsyançı qrupun rəhbərini və onun iki oğlunu sanksiya siyahısına daxil edib.