EN

Vladimir Putin sülhə yox, uzunmüddətli müharibəyə hazırlaşır – Amerika Müharibənin Tədqiqi İnstitutu

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukraynadakı müharibəsinin ilkin məqsədlərini qoruyur və rusları uzun müddət davam edəcək müharibəyə hazırlayır.

Editor.az bildirir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun analitikləri rusiyalı müxbir Pavel Zarubinin mayın 4-də yayımlanan “Rusiya. Kreml. Putin. 25 il” adlı təbliğat filmini təhlil edərkən yazıb: “Putinin cəbhə xəttində və ölkə daxilində fədakarlıq idealını təbliğ etməsi Rusiya cəmiyyətini Ukraynada daha uzun müharibəyə və gələcəkdə Qərblə mümkün toqquşmalara hazırlamaq cəhdindən xəbər verir”, – hesabatda deyilir.

Analitiklər vurğulayırlar ki, xüsusilə Putin Rusiya cəmiyyətinin müharibəyə dəstəyini ortaq dəyərlər vasitəsilə formalaşdırmağa çalışır. O, həmçinin Qərbi 2015-ci il Minsk razılaşmalarından sonra Rusiyanı “aldatmaqda” ittiham edib, “yəqin ki, bu, Rusiyanın daxili auditoriyasını Rusiyanın Qərblə danışıqlar apara bilməyəcəyinə və müharibəni davam etdirməli olduğuna inandırmaq cəhdidir. Putinin bütün bəyanatları göstərir ki, Putin Ukraynada hücum əməliyyatlarını ləngitmək və ya müdafiə əməliyyatlarına keçmək niyyətində deyil, əksinə, daxili Rusiya cəmiyyətini uzunmüddətli müharibəyə ideoloji cəhətdən hazırlamağa çalışır”, ISW qeyd edir.

Rusiya rəsmiləri də Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Rusiya cəmiyyətinin hərbiləşdirilməsi səylərini ardıcıl olaraq gücləndiriblər ki, bu da Rusiyanın uzun sürən münaqişəyə hazırlaşdığını göstərir.

//Samir Qurbanov, Editor.az

Chosen
0
3
editor.az

4Sources