EN

Köçəryandan Simonyana: “Azərbaycan casusu, Türk agenti…”

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisi parlamentin spikeri Alen Simonyanın ittihamlarına kəskin reaksiya verib. Xatırladaq ki, Simonyan bir müddət əvvəl keçmiş prezidenti “rus casusu” adlandırmışdı.

KONKRET.az xəbər verir ki, Köçəryanın ofisinin rəhbəri Baqrat Nikoyan verdiyi açıqlamada Simonyanın bəyanatlarını sərt şəkildə tənqid edib.

O, parlament sədrinə “Ərdoğanın kitabını götürüb sakitləşməyi” tövsiyə edib.

“Simonyanın özü Azərbaycan casusu və türk agenti statusuna malikdir”,- deyə Nikoyan bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
0
konkret.az

1Sources