EN

Rusiya Pakistan-Hindistan gərginliyinə belə REAKSİYA VERDİ

Kremlin sözçüsü Dmitri Peskov Pakistan və Hindistan arasındakı gərginlikdən narahat olduqlarını bildirib.

KONKRET.az xəbər verir ki, Peskov Pakistan və Hindistan arasında baş verənləri şərh edib.

Hər iki ölkə ilə münasibətlərə önəm verdiklərini qeyd edən Kremlin sözçüsü bunları deyib:

“Sərhəd bölgəsində artan gərginlikdən ciddi narahatlıq duyuruq və vəziyyəti yaxından izləyirik.”

Peskov Hindistanın Rusiya üçün strateji tərəfdaş, Pakistanın isə bir çox sahədə mühüm dövlət olduğunu vurğulayıb. O, iki ölkənin gərginliyi azaltmaq üçün bir həll yolu tapacağına ümid etdiyini bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
0
konkret.az

1Sources