EN

Azər Badamovun Moskva hava limanında saxlanılması iki ölkə arasında münasibətlərə zərbə vurur - RƏY

Azərbaycan Parlamentinin deputatı Azər Badamovun Moskva hava limanında saxlanılması və deport edilməsi iki ölkə arasında münasibətlərə zərbə vurur.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

Ekspert azərbaycanlı deputata qarşı bu davranışı qeyri-müttəfiq addımı kimi qiymətləndirib və Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə zidd olduğunu vurğulayıb:

“Bu hadisə bütün Azərbaycan ictimaiyyətini təsirləndirdi, çünki biz Rusiyanı etibarlı tərəfdaş, strateji müttəfiq hesab edirik. Ancaq Rusiya belə addımlar atması münasibətlərə zərbə vurur və daha sonra yaranan gərgin vəziyyəti aradan qaldırmaq çətinləşir”.

İ.Hüseynov insidentlə bağlı Rusiya tərəfinin hələ də açıqlama verməməsinin başadüşülən olmadığını söyləyib:

“Əgər bunu Azər Badamov Rusiyanın Dövlət Dumasının deputatı Nikolay Valuyev Azərbaycanla bağlı həqarətdolu fikirlər səsləndirərkən ona cavab verdiyi üçün ediblərsə, burada da məntiq görmürəm. Çünki azərbaycanlı deputatın cavabı kifayət qədər etik çərçivədə olmuşdu. Valuyev isə Azərbaycanı təhqir etmişdi”.

Müsahib Rusiyanın son vaxtlar bütün postsovet məkanında təqib siyasəti yürütməsinə də diqqət çəkib.

“Rusiyanın xüsusilə Mərkəzi Asiya ölkələrinə qarşı təqib siyasəti yürütdüyünü görürük. Hazırda Azərbaycan da təqib olunanlar siyahısındadır. Lakin Rusiyaya qarşı sərt fikirlər səsləndirən Ermənistanla bağlı heç bir addım atılmır, Ermənistanla belə insidentlər yaşanmır”,-deyə o, fikrini tamalayıb.

Xatırladaq ki, mayın 4-də Rusiya tərəfinin dəvəti ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Həştərxanda təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün Rusiyaya səfər edib. Nümayəndə heyətinin tərkibində olan deputat Azər Badamov bu zaman Moskvada hava limanında saxlanılıb və Azərbaycana deport edilib.

Chosen
0
2
report.az

3Sources