EN

Aleksandr Osmolovski: "Belarus və Azərbaycanın ticarət dövriyyəsində birja əqdlərinin payı 21 %-ə çatıb"

Bu ilin birinci rübündə Belarus və Azərbaycan arasında birja ticarət dövriyyəsi 35 milyon ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu Belarus Universal Əmtəə Birjasının İdarə Heyətinin sədri Aleksandr Osmolovski Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsində bildirib.

A.Osmolovskiy xatırladıb ki, ötən ilin yekunları üzrə birja ticarət dövriyyəsi 107 milyon ABŞ dolları təşkil edib: "Əsas mallar arasında taxta-şalban materialları, kərə yağı, quru süd, şəkər tozu və ət məhsulları var".

Onun sözlərinə görə, Belarus və Azərbaycan arasında ticarət dövriyyəsində birja əqdlərinin payı 21 % təşkil edir: "Keçən il Azərbaycan Belarus Universal Əmtəə Birjasında mal alışı üzrə üçüncü yeri tutub. Birjada ümumilikdə 156 Azərbaycan şirkəti akkreditasiya olunub".

Chosen
0
report.az

1Sources