EN

Mixail Myatlikov: "Azərbaycan Belarusun sayca yeddinci ən mühüm ixrac tərəfdaşı olub"

Ötən ilin yekunları üzrə Azərbaycan Belarusun sayca yeddinci ən mühüm ixrac tərəfdaşı olub.

"Report" xəbər verir ki, bu barədə Belarus Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikov Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsində bildirib.

"Bizim məlumatlarımıza əsasən, 2024-cü ilin yekunları üzrə ikitərəfli ticarət dövriyyəsi 46 % artıb: Belarusdan ixrac 44 %, ölkəmizə idxal isə 73 % artıb. Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı da təxminən 25 % artıb.

Ötən il ərzində Azərbaycan ticarət həcminə görə 13-cü yerdən 11-ci yerə yüksəlib və Belarus üçün sayca yeddinci ən mühüm ixrac tərəfdaşı olub", - o qeyd edib.

M. Mətlikovun sözlərinə görə, xüsusilə Belarusun ət və süd məhsullarının, neft məhsullarının və ağac materiallarının tədarükündə artım müşahidə olunur: “Bu, ölkələrimizin biznes dairələrinin bir-birinin bazarlarında yeni nişlər axtarmaqda və onlara çıxış əldə etməkdə aktiv olduqlarını açıq şəkildə nümayiş etdirir”.

Belarus Ticarət və Sənaye Palatası (BTSP) məlumat verib ki, 13–16 may tarixlərində Bakıda "CaspianAgro" və "InterFood" sərgilərində iştirak etmək üçün təxminən 20 şirkətdən ibarət böyük nümayəndə heyəti səfərdə olacaq. Şirkətlər məhsullarının yeni nümunələrini təqdim edəcəklər.

M. Mətlikov, həmçinin Azərbaycanın nümayəndə heyətini 3–7 iyun tarixlərində yeni inşa olunmuş Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək “Belagro” aqrosənaye sərgisini ziyarət etməyə dəvət edib.

“O cümlədən, Azərbaycanın sənaye şirkətlərini 29 sentyabr - 2 oktyabr tarixlərində Minskdə həmin yeni Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək “İnnoprom” Beynəlxalq Sənaye Sərgisində iştirak etməyə də dəvət edirik”, - deyə o əlavə edib.

Chosen
0
report.az

1Sources