Bakı. Trend:
Azərbaycan Belarusun aparıcı ixrac tərəfdaşlarının sırasınadüşüb.
Trend-in müxbirixəbər verir ki, bunu Belarusun ticarət-sənaye palatasının sədriMixail Myatlikov Bakı şəhərində keçirilən "Azərbaycan–Belarus"biznes-forumu çərçivəsində etdiyi çıxışda deyib.
“Ötən ilin nəticələrinə əsasən, Azərbaycan Belarusun ticarəttərəfdaşları arasında 13-cü yerdən 11-ci yerə yüksəlib və ticarəthəcminə görə yeddinci yeri tutub. Bu, bizim şirkətlərin apardığısistemli işin və mütəmadi ikitərəfli səfərlərin nəticəsidir”, -deyə Myatlikov bildirib.
Onun sözlərinə əsasən, 2024-cü ildə ikitərəfli ticarətdövriyyəsi 46 faiz artıb. Ən çox nəzərəçarpan artım Belarus ət vəsüd məmulatları, neft məhsulları və taxta materiallarınıntədarükündə müşahidə olunub.
“Ticarət dövriyyəsinin 46 faiz artması ölkələrimizin biznesininbir-birinin bazarında yeni işlərə fəal şəkildə daxil olduğunugöstərir”, - deyə o vurğulayıb.
“Azərbaycan il ərzində bizim ixrac reytinqimizdə əmin addımlarlairəliləyib ki, bu da iqtisadi əməkdaşlığın davamlı inkişafındanxəbər verir”, – deyə Myatlikov əlavə edib.