EN

Dani Alves Rusiya klubuna keçir - Təsdiqləndi

"Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alves karyerasını Rusiyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Mash on Sport"un "Telegram" kanalı yayıb.

Xəbərə görə, veteran futbolçu Medialiqanın top-klublarından biri ilə danışıqlar aparır. Liqa rəhbərliyi də transferdə maraqlıdır. Artıq Alveşin nümayəndəsi ilə ilk danışıqlar aparılıb, davamı isə mayın 9-dan sonraya planlaşdırılır. Media Futbol Liqasının rəhbəri Nikolay Osipov braziliyalı ulduz futbolçu ilə danışıqların getdiyini təsdiqləyib.

41 yaşlı Alveş sonuncu dəfə 2023-cü ilin yanvarında Meksikanın "UNAM Pumas" komandasında çıxış edib. Daha sonra futbolçu gecə klubunda qıza təcavüz etməkdə günahlandırılaraq həbs edilib. O, təqsirli bilinərək həbs cəzasına məhkum edilib. İttihamla razılaşmayan Alveş apellyasiya şikayəti verib və 28 mart 2025-ci ildə Kataloniya Ali Məhkəməsi hökmü ləğv edib və braziliyalı sərbəst buraxılıb.

Mirağa

Chosen
0
1
fanat.az

2Sources