Bir vaxtlar məşhur videozəng və mesajlaşma platforması olan “Skype” 22 ildən sonra bağlanır.

İndex.az xəbər verir ki, bu gündən etibarən proqram rəsmi olaraq dayandırılıb. Mövcud istifadəçilər “Skype” hesab məlumatları ilə “Microsoft Teams”ə keçid edə bilərlər.

Qeyd edək ki, “Skype” 2003-cü ildə qurulub və 2011-ci ildə “Microsoft” tərəfindən satın alınıb. Bir müddət çox məşhur olan “Skype”, oxşar alternativlərin ortaya çıxmasından sonra “gözdən düşdü”.

“Microsoft” isə uzun müddətdir ki, “Skype2 infrastrukturunun üstünə Microsoft Teams tətbiqini təklif edir. Bu səbəbdən “Skype” artıq lazım deyil və “MSN Messenger” kimi “Skype” bizə texnologiya tarixində əhəmiyyətli bir yer qoyur.