EN

Mahaçqalada baş verən atışma yerindən görüntülər yayılıb - VİDEO

Mahaçqalada atışma baş verən küçələrin kəsişməsi mühasirəyə alınıb və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Qaziler.az bildirir ki, mayın 5-də baş verən hadisə yerindən kadrları “İzvestiya” nəşri yayıb.

“Hazırda ərazi mühasirəyə alınıb, çoxlu polis əməkdaşı var, nəqliyyat bağlanıb, maşınlar hərəkət etmir. Zirehli texnikanın gətirildiyi məlumdur", - "İzvestiya"nın müxbiri Murad Maqomedov xəbər verir.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları hazırda polis avtomobilini oğurlayaraq hadisə yerindən qaçan iki hücumçunu axtarır.

Hadisə şahidlərindən biri atışma başlayanda kollecdə olduğunu paylaşıb. Onun sözlərinə görə, əvvəlcə bir nəfər atəş açıb, sonra isə hücum edənlər növbə ilə atəş açıblar.

"Dostum və müəllimimlə bayıra çıxdım.  Onlar polislərdən birinin necə yaralandığını və ya öldürüldüyünü gördülər. O[asfalta yıxıldı. Onu öldürən onun yanında uzanaraq oradan atəş açıb. Uzun müddətdir atışma oldu", - şahid əlavə edib.

QAZİLER.AZ

 

 

Chosen
0
qaziler.az

1Sources