Azərbaycan hokkey üzrə beynəlxalq turnirdə təmsil olunacaq.
İdman.biz xəbər verir ki, “Ocaq Sport” Klubunun 2013–15-ci il təvəllüdlülərdən ibarət komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək beynəlxalq yarışa qatılacaq.
Təmsilçimiz “Galaxy Cup” turnirinə 10 hokkeyçi ilə yollanacaq. Bu, Azərbaycan tarixində uşaq yaş qrupları üzrə ilk beynəlxalq turnirdir və ölkəmizdə bu idman növünün inkişafı baxımından mühüm addım sayılır.
“Ocaq Sport” turnir öncəsi açıq məşqi olacaq. Hazırlıq prosesi mayın 6-da baş tutacaq. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin Buz Meydançasındakı məşq saat 17:30-da başlayacaq və 19:00-a qədər davam edəcək.
İdman.biz