EN

Kallas İranı Rusiyaya hərbi yardımı dayandırmağa çağırdı

AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla İranın xarici işlər naziri Abbas Arakçı arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Kallas özünün X hesabında məlumat yayıb.

Kallas Tehrandan Rusiyaya hərbi yardımı dayandırmağı tələb edib:

“İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırdım, həbsdə olan AB vətəndaşları və İranda insan haqlarının pozulması ilə bağlı narahatlığımı bildirdim”.

O qeyd edib ki, AB ilə İran arasında münasibətlər bu sahələrdə irəliləyişdən asılıdır.

Chosen
0
1
axar.az

2Sources