EN

BDU-nun Psixoloji yardım sektorunun layihəsi çərçivəsində “Böyük Getsbi” filmi təhlil edilib

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun (PYS) “Kinoklub” layihəsi çərçivəsində Sosial elmlər və psixologiya fakültəsinin tələbələri ilə görüş keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə Frensis Skott Fisceraldın 1925-ci ildə yazdığı eyniadlı roman əsasında çəkilən “Böyük Getsbi” filminin psixoloji təhlili aparılıb.

Sektorun psixoloqu Natəvan Həsənzadə psixoloji film təhlilinin şəxsi inkişaf və emosional baxımdan əhəmiyyətini vurğulayıb. O bildirib ki, layihənin məqsədi filmlər üzərindən insanların psixoloji aspektlərini, xarakterlərini və psixoloji vəziyyətlərini dərindən araşdırmaqdır. Film təhlili personajların davranışlarını, motivasiyalarını, duyğusal reaksiyalarını və psixoloji inkişaflarını daha yaxşı anlamağa kömək edir. Bu növ təhlil tələbələrdə dərin təhlil və analiz bacarıqlarını inkişaf etdirir.

Tələbələr filmin qəhrəmanlarının davranışlarını, emosional reaksiyaları, yaşadıqları daxili təlatümləri, konfliktləri təhlil edib, əsərin kino həlli ilə bağlı fikirlərini bölüşüblər.

Chosen
0
1
tehsil.biz

2Sources