EN

Mayami Qran Prisinin qalibi: Ferstappeni keçmək çətin idi

BAKI, 5 may. TELEQRAF

"Maklaren"in piloti Oskar Piastri Mayami Qran-Prisində "Red Bull"un üzvü Maks Ferstappenlə mübarizəsindən danışıb.

Teleqraf-ın məlumatına görə, Piastri bu barədə qalibi olduğu yürüşdən sonra "Speedcafe" nəşrinə açıqlama verib.

"Əvvəlcə Maksı keçmək çətin idi. Bunun üçün çox çalışdım. Asan deyildi, amma məqamımı seçdim. Əvvəldən tempimiz var idi, ona görə də sadəcə olaraq, nə vaxt irəliləyəcəyim sual idi. Onu təmiz keçmək istəyirdim. Bunu bacardığımı bilirdim və sonra fərq yaratdım".

Xatırladaq ki, Oskar Piastri Mayami Qran Prisinin qalibi olub. "Maklaren"in digər təmsilçisi Lando Norris 2-ci olub. Maks Ferstappen isə dördüncü mövqe ilə kifayərlənib.

Chosen
0
teleqraf.com

1Sources