EN

Ledi Qaqadan yeni rekord

Ledi Qaqa Rio-de-Janeyronun məşhur Kopakabana çimərliyində karyerasının ən böyük konsertini verib.

Kulis.az xəbər verir ki, şənbə gecəsi keçirilən pulsuz konserti təxminən 2,1 milyon insan izləyib.

Qaqa "Poker Face" və "Alejandro" kimi klassik hitlərini ifa edərkən tez-tez kostyumlarını dəyişib. Onun geyindiyi paltarlar arasında Braziliya bayrağının rənglərini əks etdirən dizayn da olub.

Rio ilin mühüm hadisələri arasında olan karnaval və Yeni il şənliklərindən sonra yay həyəcanını bu konsertlə davam etdirib.

Qeyd edək ki, Rio Bələdiyyəsi oxşar konsertlərin hər il may ayında davam etdiriləcəyini və bu təşkilatların ən azı 2028-ci ilə qədər davam edəcəyini açıqlayıb.

Chosen
0
kulis.az

1Sources