EN

Dağıstanda atışma - Üç polis öldürülüb, xidməti maşın qaçırılıb

Bakı. Trend:

Dağıstanın Mahaçqala şəhərində hüquq-mühafizə orqanlarıəməkdaşlarının iştirakı ilə atışma baş verib.

Trend Rusiya KİV-əistinadən xəbər verir ki, insident Kərimov və Məhəmmədtahirovküçələrinin kəsişməsində qeydə alınıb.

İki naməlum şəxs Yol Patrul Xidmətinin yerli patruluna hücumedib. Cinayətkarlar asayiş keşikçilərinə odlu silahdan atəş açaraq,xidməti avtomobili ələ keçirib və hadisə yerindən qaçıblar.

Hadisə nəticəsində 3 polis əməkdaşlarının həlak olduğu, 12 yaşlıbir qızın yaralandığı bildirilir.

Cinayətkarların yaxalanması üçün irimiqyaslı əməliyyatbaşlanılıb, şübhəlilərin kimliyi müəyyənləşdirilir.

Məqalədə:
Chosen
0
az.trend.az

1Sources