EN

Milanda AİB idarə heyətinin biznes-sessiyası start götürüb

Milan. Trend:

Asiya İnkişaf Bankının 58-ci illik iclası çərçivəsindəİtaliyanın Milan şəhərində qurumun İdarə heyəti şurasınınbiznes-sessiyası bu gün öz işinə başlayıb.

Trend-in xüsusimüxbiri xəbər verir ki, İdarə heyəti şurasının biznes-sessiyalarıAİB illik iclaslarının əsas tədbirlərindən sayılır.

Sessiyanın gedişində idarə heyəti qətnamələr qəbul edir, bankınmaliyyə, inzibati və əməliyyat fəaliyyəti ilə bağlı sənədlərnəzərdən keçirilir və təsdiqlənir, həmçinin, qurumun gələcəkfəaliyyəti üçün strateji istiqamətlər təsbit olunur.

Bundan savayı, sessiya çərçivəsində AİB prezidenti öncəkiiclasdan etibarən əldə olunan irəliləyişlə bağlı hesabat verir,iştirakçılarla bank rəhbərliyinin əsas ismarıcları vətəşəbbüslərini paylaşır.

Qeyd edək ki, 58-ci illik iclas "Allianz MiCo - MilanoConvention Centre" konqres mərkəzində keçirilir.

Budəfəki görüşün mövzusu “Təcrübə mübadiləsi, sabahın qurulması”olaraq müəyyənləşdirilib. AİB-in illik görüşünə ilk dəfədir ki,İtaliya ev sahibliyi edir. Tədbirdə AİB-ə üzv ölkələrin maliyyənazirləri və mərkəzi bank rəhbərləri, beynəlxalq təşkilatların,özəl sektorun, vətəndaş cəmiyyətinin və media qurumlarınınnümayəndələri iştirak edirlər.

AİB-in İdarəçilər Şurasının illik görüşləri bankın inzibati,maliyyə və əməliyyat fəaliyyətinin strateji istiqamətlərininmüəyyənləşdirilməsi üçün bir platforma rolunu oynayır. Bu görüşlər,həmçinin, üzv ölkələrin AİB əməkdaşları, qeyri-hökuməttəşkilatları, media, müşahidəçi ölkələr, beynəlxalq təşkilatlar,akademik dairələr və özəl sektor nümayəndələri ilə qarşılıqlı fikirmübadiləsi aparmaları üçün imkan yaradır.

Məqalədə:
Chosen
0
az.trend.az

1Sources