EN

Sulşer "Beşiktaş"ın tarixinə düşdü

"Beşiktaş"ın baş məşqçisi Ole Qunnar Sulşer klubun tarixinə düşüb.

Publika.az xəbər verir ki, bu, Türkiyə Superliqasının 34-cü turunda komandasının İstanbul derbisində səfərdə "Fənərbağça"ya 1:0 hesabı ilə qalib gəlməsi nəticəsində baş verib.

Norveçli mütəxəssis "ağ-qaralar"ın tarixində "Qalatasaray", "Fənərbaxça" və "Trabzonspor"la Superliqa matçlarının hamısında qalib gələn ilk məşqçi olub.

Qeyd edək ki, Sulşerin dönəmində İstanbul nəhəngi "Trabzonspor" və "Qalatasaray"ı eyni hesabla məğlub edib -2:1.

Chosen
0
1
publika.az

2Sources