EN

Vensan Kompani “Bayern”in çempionluğunu şərh etdi

“Bayern”in belçikalı baş məşqçisi Vensan Kompani Münhen klubunun cari mövsüm Bundesliqa çempionluğunu şərh edib.

Arena.az məlumat verir ki, “Bayern”, çempionluq yarışında əsas rəqibi “Bayer”in Bundesliqanın 32-ci turunda “Frayburq”la səfər oyununda (2:2) xal itirməsi ilə, cari mövsümün Almaniya çempionu adını erkən surətdə bayram edib.

“İndi bizim, Bundesliqada qalibiyyətdən zövq almağa vaxtımız var – bu, nə inanılmaz bir duyğudur! Futbolçularımı bütün mövsüm ərzindəki görkəmli oyunları münasibətilə təbrik edirəm, siz bunu birlikdə etdiniz. Siz vahid komanda oalraq qalib gəldiniz.

Həmçinin bu gözəl klubda işləyən xidmət heyətinə böyük təşəkkürümü bildirirəm. Sizin israrlı əməyiniz vacibdir və barını verir. Biz işləməyə davam etməliyik. Mövsüm hələ başa çatmayıb və bizi qarşıda çox maraqlı hadisələr gözləyir. Gəlin, mövsümü hamımız birlikdə yaxşı başa vuraq.

Yekunda isə heç də az əhəmiyyət kəsb etməyən bir xüsus: dünydakı bütün “Bayern” azarkeşlərinə dəstəkləri müqabilndə təşəkkür edirəm. Siz möhəşəm idiniz”, – “Bayern”in mətbuat xidməti klubun rəsmi “X” sosial şəbəkəsi üzərində Vensan Kompanidən sitat gətirir.

Əlavə edək ki, 2024/2025-ci illər mövsümünün Almaniya çempionluğu 39 yaşlı belçikalı mütəxəssisin məşqçilik karyerasında ilk böyük qənimətdir. Buna qədər Kompani “Börnli” ilə 2022/2023-cü illər mövsümü İngiltərə Çempionşipini qazanmışdı.

32 turdan sonra “Bayern” 76 xalla Almaniya Bundesliqasının yarış cədəvlinin zirvəsində qərarlaşıb.

Chosen
0
arena.az

1Sources