EN

Mahaçqalada silahlı şəxslər polislərə hücum edib, ölənlər var - VİDEO - YENİLƏNİB

Mahaçqalada naməlum şəxslərin polis ekipajına hücum etməsi nəticəsində 3 polis əməkdaşı həlak olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, Mahaçqalada polis ekipajına hücumu 4 silahlı həyata keçirib. Onlardan ikisi məhv edilib, daha ikisi isə polis maşını ilə cinayət yerindən qaça bilib.

Silahlıların qaçdığı avtomobilin Kamaeva küçəsində tapılıb.

15:40

Mahaçqalada naməlum şəxslər polislərə hücum ediblər.

APA Rusiya mediasına istinadən xəbər verir ki, hücum nəticəsində iki polis əməkdaşı həlak olub.

Hücum edən silahlı şəxslərdən biri öldürülüb, digər isə qaçıb gizlənib.

Onun tutulması istiqamətində tədbirlər görülür.

Chosen
0
1
apa.az

2Sources