EN

Ərdoğandan Qızıl Aypara üçün minnətdarlıq mesajı

BAKI, TurkicWorld

“Qızıl Aypara yalnız ölkəmizdə deyil, bütün böhran bölgələrində yardım missiyası ilə ön plandadır.”

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Qızıl Aypara Baş Assambleyasının Ankaradakı ATO Konqres Mərkəzində keçirilən toplantısında çıxış edib. O, Qızıl Ayparanın həm ölkədə, həm də beynəlxalq səviyyədə gördüyü humanitar fəaliyyətlərə diqqət çəkib.

Ərdoğan çıxışında 157 illik tarixə malik Qızıl Ayparanın yardıma ehtiyacı olan hər kəsin yanında olduğunu vurğulayıb. “Qızıl Aypara ailəsinin bütün üzvlərinə salam və sevgilərimi göndərirəm. Bu ayparanı ucaldan əməkdaşlara və könüllülərə təşəkkür edirəm.”- deyə o bildirib.

O, Qızıl Ayparanın tarixdə cəbhə xəttində yaralanan əsgərlərə yardım məqsədilə qurulduğunu, zamanla müstəqillik yolunda və milli həmrəylik ruhunun formalaşmasında mühüm rol oynadığını bildirib. “Qızıl Aypara yalnız ölkəmizdə deyil, bütün böhran bölgələrində yardım missiyası ilə ön plandadır.” - deyə o vurğulayıb.

Prezident çıxışının sonunda Qızıl Ayparanın fədakar fəaliyyətinə görə təşəkkür edərək, “Allah Qızıl Aypara camaatımıza rəhmət eləsin. Bu tarixi qurumla qürur duyuruq”, – deyə qeyd edib.

Chosen
0
turkic.world

1Sources