EN

Səsboğucuya müdaxilə edən motosiklet sürücüləri saxlanıldı - FOTO

Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi tədbirlər keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, növbəti tədbir zamanı yüksək səslə küçə və prospektlərdə hərəkət edərək şəhər sakinlərinin haqlı narazılığına səbəb olan motosiklet və moped sürücüləri saxlanılıblar. Texniki müayinə zamanı həmin nəqliyyat vasitələrinin bir çoxunun səsboğucularına sürücüləri tərəfindən qəsdən müdaxilə edildiyi aşkarlanıb.

Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan həmin şəxslər barəsində inzibati tədbirlər görülüb.

Yol polisi bildirib ki, yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Sumqayıt şəhərində insanların istirahətini bilərəkdən pozan, neqativ hərəkətlərə yol verən bu tipli moped və motosiklet sürücülərinə qarşı tədbirlər davam etdiriləcək.

Chosen
0
25
bakivaxti.az

10Sources