EN

Sumqayıt Kimya Sənaye Parkına daha 515 milyon manat investisiya yatırılacaq

Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, sahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6,2 mindən çox insan daimi işlə təmin olunub.

Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2,7 minə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Chosen
0
vergiler.az

1Sources