EN

"Porsche"ni sərxoş vəziyyətdə sürən qadın ayıq sürücü də sifariş veribmiş...

Xəbər verdiyimiz kimi, Bakıda "Porsche" ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın həbs olunub.

Qaynarinfo-nun məlumatına görə, Nəsimi rayonu ərazisində avtoxuliqanlıq edən 1991-ci ildə Ağdam rayonunda doğulmuş Cəmilə Hüseynovanın (şərti) ifadəsi məlum olub.

O, izahatında göstərib ki, hadisə günü "Port Baku"da yeyib-içdikdən sonra ayıq sürücü sifariş verib. Lakin L.B. adlı ayıq sürücü onu özünə "Porsche" markalı avtomobillə dəniz vağzalının yanına kimi aparıb. Sonra qadın ayıq sürücünü avtomobildən düşürüb və "Porsche"ni özü idarə etməyə başlayıb.

Avtomobilini Nəsimi rayonu, Neftçilər prospektində yüksək sürətlə hərəkət etdirərkən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Lakin həmin vaxt sərxoş vəziyyətdə olduğuna görə öz hərəkətlərinin faktiki nəticəsini tam olaraq dərk etmədən xatırlamadığı hərəkətlər etdiyini deyib.

Cəmilə Hüseynova ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq etməsini həyat yoldaşı ilə aralarında yaranan problemlə bağlayıb. İki övladı olan qadın ailə problemləri olduğunu və həyat yoldaşı tərəfindən təzyiqə məruz qaldığını deyib. O, etdiyi hərəkətlərin səhv olduğunu anladığını bildirib və polis əməkdaşlarından üzr istəyib.

Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.

Chosen
0
milliyol.az

1Sources