Kemiyanın qərbindəki Miqori əyalətində xalq qarşısında çıxışı zamanı izdihamdan atılan ayaqqabı prezident Uilyam Rutonun başına dəyib.
Yenisabah.az The Star-a istinadla xəbər verir ki, insident Bazar günü günortadan sonra dövlət başçısı yaşayış xərclərinin azaldılması ilə bağlı çıxış edərkən baş verib.
Sosial mediada yayılan görüntülərdə Rutonun ona tərəf uçan çəkməni əliylə özündən rədd etdiyi görünür.
Polis üç nəfəri saxlayıb və dindirir. Eyni zamanda, hadisədə əli ola biləcək digər şəxslərin axtarışı davam etdirilir.
Telegram kanalımız