EN

Qida allergiyası olan uşaqların 94%-nə yalan diaqnoz qoyulub – Alimlər

Qida allergiyası olan uşaqların 94%-nə yalan diaqnoz qoyulub.

İnterpress.az xəbər verir ki, bu barədə alimlər araşdırma aparıb. Araşdırmanın nəticəsində allergiyası olan uşaqların 94%-nə yalan diaqnoz qoyuldiuğu aşkarlanıb.

“Alimlər müəyyən ediblər ki, laboratoriya diaqnostikası və anamnez toplanması çox vaxt uşaqlarda qida allergiyası üçün yanlış müsbət nəticələr verir.

Pəhriz məhdudiyyətləri həm də sosial məhdudiyyətlərə səbəb olur. Uşaq başqaları ilə yemək yeyə bilməz, valideynlər qida rasionunu ayrıca planlaşdırmalıdırlar ki, bu da vaxt və əlavə xərc tələb edir.

Provokativ test proseduruna məruz qalan uşaqlar arasında heç bir ciddi sistemik allergik reaksiya qeydə alınmayıb.

Əvvəllər diaqnoz qoyulmuş və ya şübhəli qida allergiyası səbəbiylə eliminasiya pəhrizində olan xəstələr arasında müsbət nəticə yalnız 6%-də qeydə alınıb”, – məlumatda bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
0
interpress.az

1Sources