EN

Keniyanın prezidentinə ayaqqabı atdılar - VİDEO

AzVision.az “Reuters” agentliyinə istinadən bildirir ki, cəld reaksiya verən Uilyam Ruto ayaqqabını dəf edib və xəsarət almayıb. İctimai narazılığın artması fonunda baş verən insidentlə bağlı polis hadisədə iştirak edən 3 nəfəri saxlayıb.

Xatırladaq ki, 2024-cü ildə Keniyada siyasətdəki korrupsiya və hökumətin vergiləri artırmaq planlarına görə başlayan kütləvi etirazlarda polislə toqquşmalarda 40-dan çox adam həlak olub.

İctimai təzyiqdən sonra prezident Uilyam Ruto vergilərinartırılması ideyasından daşınmaqla yanaşı, bir sıra nazirləri işdən çıxardı və müxalifəti hökumətə dəvət etdi. Bununla belə, ölkədə narazılığın səviyyəsi yüksək olaraq qalır.



Sahil İsgəndərov
AzVision.az
Chosen
0
1
azvision.az

2Sources