EN

Azərbaycan ilə Belarus arasında dayanıqlı və operativ sosial təminat üzrə Memorandum imzalanıb

Bakı. Trend:

Mayın 5-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Başnaziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri AleksandrTurçin arasında geniştərkibli görüş çərçivəsində AzərbaycanRespublikasının Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi iləBelarus Respublikasının “Milli Elektron Xidmətlər Mərkəzi”Respublika Unitar Müəssisəsi arasında anlaşma Memorandumuimzalanıb.

Trend xəbərverir ki, sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosialmüdafiəsi naziri Anar Əliyev və Belarus Respublikasının AzərbaycanRespublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçimzalayıblar.

Görüş zamanı, həmçinin Azərbaycan Respublikası və BelarusRespublikasının müvafiq nazirlikləri arasında anlaşmaMemorandumunun həyata keçirilməsinə dair 2025-2026-cı illər üçünTədbirlər Planı imzalanıb. Sənədi Azərbaycan Respublikasının əməkvə əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və BelarusRespublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin birincimüavini Tatyana Astreyko imzalayıblar.

Məqalədə:
Chosen
0
2
az.trend.az

3Sources