EN

Xaçmazda yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara bir daha xəbərdarlıq edib.

Xaçmazda ailəsi ilə birgə səfərdə olan sürücü idarəetməni itirib, nəticədə avtomobil aşıb.

Operativ Media xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb. 

Qəza nəticəsində, sürücü hadisə yerində həyatını itirib. Qəzada sürücünün azyaşlı övladı, qaynanası və qayınatası ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Qəzalarla bağlı Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara bir daha xəbərdarlıq edib.

-Sükan arxasında yalnız özünüzün deyil, ailənizin də taleyinə cavabdehsiniz.

-Səfərə çıxmazdan əvvəl mütləq istirahət edin, avtomobilin texniki vəziyyətini yoxlayın.

-Sürətə yox, təhlükəsizliyə üstünlük verin.

-Uşaqlar üçün təhlükəsizlik kəməri həyat qədər vacibdir.

Bir ailəni yol deyil, ehtiyatsızlıq məhv etdi.

Sizin ailəniz növbəti olmasın !!!

1Sources