Demokrat.az xəbər verir ki, fitnes məşqçisi sahib olduğu mülkləri necə əldə etməsindən danışıb.
"Bu günləri həmd olsun ki, ev-eşiyim, şəraitim var. Vaxtında o xırda pulları xərcləyə də bilərdim. Dostum yaxın vaxtda 2021-ci ilin qalendvagenini alıb, sağlığına qismət. Məndə eyni markadan olan avtomobil 2011-ci ilindir. İki-üç dəfə maşınımı dəyişməyə cəhd etmişəm, əlimdə pul da olub. Avtomobil üçün yığdığım pula ev almışam.İlkin ödənişini vermişəm, qalan hesabı da 2-3 ilə kreditlə bağlamışam. O maşını alsaydım, bir ildən sonra qiyməti geriyə gedəcəkdi, amma aldığım evlə 2 dəfə çox pul qazanmış oldum.
Əfsuslar olsun ki, yaşadığımız ölkədə insana sürdüyü maşına, onun nömrəsinə, telefonuna evinə və geyiminə görə qiymət verirlər. Biz də cəmiyyətin bu adəti ilə ayaqlaşmağa çalışırıq.