EN

Ən narahat insanlar İsveçdə, ən rahat insanlar isə Çində yaşayır – İNFOQRAFİKA

Ən narahat insanlar İsveçdə, ən rahat insanlar isə Çində yaşayır.

İnterpress.az xəbər verir ki, bu barədə BMT-nin məlumatında bildirilir.

“İsveçdə sorğuda iştirak edən respondentlərin 44%-i sorğudan əvvəl on iki ay ərzində depressiya, stress və ya narahatlıq kimi psixi sağlamlıq problemləri ilə üzləşdiyini bildirib.

Hindistan, Fransa, İtaliya və Çin kimi ölkələrdə bu nisbət nisbətən aşağı olub.

BMT-nin məlumatına görə, dünyada milyonlarla insan psixi sağlamlıq problemlərindən əziyyət çəkir və təxmin edilir ki, hər dörd nəfərdən biri həyatı boyu psixi sağlamlıq problemi yaşayacaq”, – hesabatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az

 

Chosen
0
interpress.az

1Sources