EN

Culi Devis Kiyevə gəldi: O, ABŞ-ın Ukraynadakı səfirliyinə rəhbərlik edəcək

Mayın 5-də ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis Kiyevə gəlib.

Bu barədə RBC-Ukrayna ABŞ səfirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi S. Devisi Kiyevdə salamlamaqdan məmnunuq”, - bəyanatda deyilir.

Qeyd olunur ki, Devis Ukraynaya ABŞ prezidenti Donald Trampın müharibəni dayandırmağa və Ukraynada uzunmüddətli sülh və rifahın təmin edilməsinə yönəlmiş siyasətinin həyata keçirilməsini davam etdirmək üçün “kritik zamanda” gəlib.

QAZİLER.AZ

Chosen
0
qaziler.az

1Sources