EN

Putin Hindistana dəstək verdi – Kəşmirdəki terrora görə Modiyə zəng etdi

Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı apararaq, Kəşmirin Pahalgam bölgəsində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

Musavat.com Hindistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Putin terrorla mübarizədə Hindistana dəstəyini ifadə edib.

Telefon danışığı zamanı iki lider həmçinin Rusiya-Hindistan münasibətlərinin gələcəkdə daha da dərinləşdirilməsi istiqamətində ortaq iradə ortaya qoyublar.

Tərəflər strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın davam etdirilməsinə sadiq olduqlarını vurğulayıblar.

Chosen
0
ictimairey.az

1Sources