EN

"Skayp" proqramı keçmişdə qaldı

Hurriyyet.az xəbər verir ki, "Maykrosoft" (Microsoft) şirkətinin "Skayp" (Skype) proqramı bu gündən - 05.05.2025 tarixindən etibarən rəsmən öz işini dayandırır.

Proqram 2003-cü ildən bəri mövcud olub. Videozəng və yazışma üçün ən populyar proqramlardan olub. Xidmətin yenilənməsi və texniki dəstəyi dayandırılacaq. Buradakı qeydiyyat məlumatları ilə "Microsoft Teams" platformasına keçmək mümkün olacaq.

"Maykrosoft" şirkətinin bu qərarı mart ayında bəlli olub. Xatırladaq ki, "Maykrosoft" şirkəti "Skayp"ı 2011-ci ildə, 8,5 milyard dollara satın almışdı. 

Hürr Tərcüman

Chosen
0
hurriyyet.az

1Sources