EN

Nikaraqua YUNESKO-nu tərk etmək qərarına gəlib

Mayın əvvəlində ölkənin müxalif La Prensa qəzeti UNESCO/Guillermo Cano Dünya Mətbuat Azadlığı Mükafatını qazandıqdan sonra Nikaraqua hakimiyyəti YUNESKO-dan çıxmaq niyyətini açıqlayıb. Bu barədə “Ouest-France” yazır.

Qəzetin qeyd etdiyi kimi, 2021-ci ildə La Prensa rəhbərliyi həbs edilib və ya Nikaraquadan qovulub. Artıq dörd ildir ki, nəşr onlayn formatda fəaliyyət göstərir və onun komandası Kosta-Rika, İspaniya, Meksika, Almaniya və ABŞ-da yerləşir.

“YUNESKO-nun mayın əvvəlində müxalif gündəlik “La Prensa” qəzetinə verdiyi mükafat on səkkiz ildir Mərkəzi Amerika ölkəsini idarə edən diktator-prezident Daniel Orteqanın qəzəbinə səbəb olub”, - məqalədə deyilir.

Dünya Mətbuat Azadlığı İndeksinə görə, Nikaraqua 180 ölkə arasında 172-ci yerdədir.

Fevral ayında ABŞ prezidenti Donald Tramp ölkənin BMT-nin İnsan Haqları Şurasından çıxarılması və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin maliyyələşdirilməsini dayandıran sərəncam imzalayıb.

Əziz Mustafa, Oxuməni.az

Chosen
0
oxumeni.az

1Sources