EN

Mikrosahibkarlıq subyektlərinə verilən kreditlər son bir ildə 394 milyon manat artıb

Bakı. Trend:

Cari ilin mart ayının sonuna Azərbaycanda mikro sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 3,072 milyard manat təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, bir ayəvvələ nisbətən 64 milyon manat və ya 2,1%, 2024-cü ilin martayının sonuna nisbətən 394 milyon manat və ya 14,7% çoxdur.

Belə ki, 2025-ci ilin fevral ayının sonuna Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,008 milyardmanat, ötən ilin mart ayının sonuna isə 2,678 milyard manatabərabər olub.

Qeyd edək ki, bu ilin martın sonuna Azərbaycan banklarınınbiznes kredit portfelinin həcmi 14,935 milyard manat təşkiledib.

Xatırladaq ki, cari ilin bir aprel tarixinə olan məlumatlaragörə, Azərbaycanda 867 ədəd iri sahibkarlıq subyekti fəaliyyətgöstərir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının0,4%-ini iri sahibkarlıq subyektləri təşkil edib. Onların əsashissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,5%), “Emalsənayesi” (13,6%), “Tikinti” (13,0%) və “Nəqliyyat və anbartəsərrüfatı” (6,9%) sahələrində yaradılıb.

Chosen
0
1
az.trend.az

2Sources