Türkiyə 2025-ci ilin sonuna kimi 65 milyon turist qəbul etməyi və bununla da 64 milyard dollar gəlir əldə etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Mehmet Ersoy İstanbulda Türkiyə Otelçilər Birliyinin qurultayında deyib.
"2024-cü il ölkəmiz üçün rekord il oldu, 62,3 milyon turist qəbul etdik və 61,1 milyard dollar turizm gəliri əldə etdik. 2025-ci ildə 65 milyon turist qəbul etməyi, 64 milyard dollar gəlir əldə etməyi qarşımıza məqsəd qoymuşuq və buna nail olacağıq"- nazir deyib.
2024-cü ildə Rusiyadan 6,7 milyona yaxın turist Türkiyəyə səfər edib və bu göstərici üzrə birinci yeri tutub. 2025-ci ildə Türkiyə tərəfinin proqnozlarına görə, respublikaya 7 milyona yaxın rusiyalı səfər edə bilər.